ŞAD XƏBƏR: Xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq - VİDEO

İldən-ilə ölkəmizdə vergidən yayınma hallarının qarşısını almaq, eləcə də nağdsız ödənişləri genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir.

GunAz.az “Xəzər Xəbər”ə istinadən bildirir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklər onlardan biridir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin əlavə dəyər vergisinin bir hissəsi vətəndaşa qaytarılacaq.

Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alış-verişin qəbzi tələb edilməlidir. İqtisadçının sözlərinə görə, geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

Rəşad Həsənov deyir ki, dəyişikliklərin ticarət və ictimai iaşə obyektlərinə ciddi təsiri olmayacaq. Çünki geriödəmələrin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]