SON DƏQİQƏ
» » Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr

Tarix:

11-08-2018, 18:48

/ 10 343 dəfə oxundu.
Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr

Bu ilin yanvar-iyul ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 16 milyard 524 milyon 541 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən (DGK) GunAz.az-a verilən məlumata görə, yeddi ayda ticarət əməliyyatlarının ümumi həcminin 5 milyard 776 milyon 222 min dolları idxalın, 10 milyard 748 milyon 319 min dolları isə ixracın payına düşür.

Cari ilin yanvar-iyul ayında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Yeddi ayda Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin siyahısında ilk üçlükdə müvafiq olaraq İtaliya, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya məhsul ixracının dəyəri 1 milyard 908 milyon 551 min ABŞ dolları, Türkiyəyə 857 milyon 605 min dollar, İsrailə 811 milyon 776 min dollar olub.

Hesabat dövründə Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üç yerdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 856 milyon 787 min dollar, Türkiyə ilə 1 milyard 739 milyon 453 min dollar, Rusiya ilə 1 milyard 304 milyon 76 min dollar təşkil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ