SON DƏQİQƏ

Qonşu ölkədə dollar rekorda yüksəldi

Tarix:

29-07-2018, 21:53

/ 10 293 dəfə oxundu.
Qonşu ölkədə dollar rekorda yüksəldi

İranda sərbəst bazarda 1 dollar 10 min tüməndən baha olub.

GunAz.az xəbər verir ki, İranda son bir neçə aydır yüksəlişi dayanmayan dollar bazarda 10 min 700 tümənə dəyişdirilir.

Avro 12 min 650 tümən, 1 türk lirəsi isə 2 min 250 tümən dəyərindədir.

İranda dolların qısa müddət ərzində 4 mindən 7 min 500 tümənə yüksəlməsindən sonra Prezident Həsən Ruhaninin hökuməti apreldə dolların 4 min 200 tümədə sabit saxlanılmasına qərar vermiş və sərbəst bazarda alğı-satqı qadağan etmişdi.

Dolların qəfil artımından əziyyət çəkən ticarətçilər bir müddət əvvəl küçə aksiyaları keçirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ