Millimizin hücumçusu Mahir Emreli Türkiyənin "Başakşəhər" komandası ilə anlaşıb.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış futbol insayderi Yavuz Sabançıoğlu Tvitter hesabında yazıb.
O qeyd edib ki, Emreli "Legiya"dan problemsiz ayrılsa, "Başakşəhər"lə müqavilə imzalayacaq.