SON DƏQİQƏ
» » Ərzaq məhsulları bir ayda nə qədər bahalaşdı?

Ərzaq məhsulları bir ayda nə qədər bahalaşdı?

Tarix:

17-01-2022, 16:53

/ 1 710 dəfə oxundu.
Ərzaq məhsulları bir ayda nə qədər bahalaşdı?

2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 112% təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumata görə, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 115,8%, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 116,2%, ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 110% təşkil edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ