SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Cəmiyyət / Manşet

Qazlı içkilərin daha bir zərəri açıqlandı

Tarix:13-01-2022, 08:44 Oxunub:1 386

Qazlı içkilər xərçəng riskini iki dəfə artırır.

Böyük Britaniyada tibb, sağlamlıq və elmi araşdırmalar haqqında məlumatlar dərc edən "Gut” jurnalının açıqlamasına əsasən gündə iki dəfədən çox qazlı və sərinləşdirici içkilərdən istifadə bağırsaq xərçənginin inkişaf riskini iki dəfə artırır.

Jurnal, şəkərli və qazlı içkilərin xüsusən qadınlarda 50 yaşından əvvəl bağırsaq xərçəngi riskini iki dəfə artırdığını açıqlayıb.

Həmçinin araşdırmalar zamanı müəyyən edilib ki, ABŞ əhalisinin təxminən 12 faizi hər gün bu içkilərdən üç porsiyadan çox istifadə edir.

Son illərdə bağırsaq xərçənginə bağlı ölümlərin artdığına diqqət çəkən mütəxəssislər, yoğun bağırsaqla inkişaf etməyə başlayan xərçəng növünün ilk olaraq "polip” ilə ortaya çıxdığını vurğulayıblar. Mütəxəssislər bütün poliplərin xərçəngə çevrilmədiyini bildirsələr də, erkən diaqnozun vacibliyini də qeyd ediblər.

Jurnalda dərc edilən araşdırma şəkərlə şirinləşdirilmiş içkilərlə xərçəng arasında əlaqəni də ortaya qoyub.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, sərinləşdirici içkilərlə yanaşı meyvə ətirli, enerji içkiləri də sağlamlıq üçün ciddi təhlükə yaradır

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<