SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Cəmiyyət / Manşet

Kürdəmirdə ağır yol qəzası olub- Yaralananlar var

Tarix:27-11-2021, 15:19 Oxunub:1 055

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

Hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<