SON DƏQİQƏ
» » Messi və Neymar yığma komandalarına QƏLƏBƏ QAZANDIRDILAR

Messi və Neymar yığma komandalarına QƏLƏBƏ QAZANDIRDILAR

Tarix:

10-09-2021, 08:38

/ 2 533 dəfə oxundu.
Messi və Neymar yığma komandalarına QƏLƏBƏ QAZANDIRDILAR

Futbol üzrə dünya çempionatına seçmə mərhələsinin 10-cu turunda Braziliya yığması öz meydanında Peru komandasına 2:0 hesabı ilə, Argentina yığması isə kapitan Lionel Messinin oyunda het-triki ilə(14, 65, 89-cu dəqiqələr) qələbə qazanıblar.

GunAz.az xəbər verir ki, meydan sahiblərinin heyətində ilk qolu 14-cü dəqiqədə Everton Ribeyro vurub, 40-cı dəqiqədə isə Neymar ikinci qola imza atıb.

Braziliyalılar növbəti matçı səfərdə Venesuela yığmasına qarşı keçirəcək, Peru isə Çili ilə oynayacaq. Hər iki görüş oktyabrın 7-də keçiriləcək.

Braziliya yığması seçmə yarışın səkkiz matçında səkkizinci qələbəsini qazanıb. Komanda 24 xalla yarış cədvəlinə başçılıq edir. Siyahıda Argentina seçməsi 18 xalla ikinci yerdə qərarlaşıb. Yarış cədvəlində üçüncü sırada uruqvaylılar (15), dördüncü sırada ekvadorlular (13), beşinci sırada kolumbiyalılar (13) yer tutub. Turnirin ən yaxşı dörd komandası dünya çempionatının finalına çıxacaq.

 Argentinada bu oyunu öz meydanında keçirib.

Argentina yığmasının kapitanı Lionel Messi oyunda het-trik (14, 65, 89-cu dəqiqələr) edib. Bununla da hücumçunun milli komandada vurduğu qolların sayı 79-a çatıb. O, əfsanəvi braziliyalı Pelenin (77 qol) nəticəsini üstələyib və Cənubi Amerikanın yığma komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.

Oyun gününün digər matçlarında Paraqvay yığması Venesuela komandasına 2:1 hesabı ilə qalib gəlib, uruqvaylılar ekvadorlulardan üstün olublar (1:0), kolumbiyalılar isə çilililərə (3:1) qalib gəliblər.

Argentinalılar növbəti matçı oktyabrın 7-də səfərdə Paraqvay komandasına qarşı keçirəcəklər. Boliviya yığması həmin gün evdə Ekvador komandasına qarşı oynayacaq.

AbbasƏLİ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ