SON DƏQİQƏ
» » DÇ-2022: İspaniyadan GÖZLƏNİLMƏZ HESAB-VİDEO

DÇ-2022: İspaniyadan GÖZLƏNİLMƏZ HESAB-VİDEO

Tarix:

26-03-2021, 08:14

/ 3 745 dəfə oxundu.
DÇ-2022: İspaniyadan GÖZLƏNİLMƏZ HESAB-VİDEO

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ilk turun növbəti matçları keçirilib.

GunAz.az xəbər verir ki, ikinci oyun günündə 13 qarşılaşma baş tutub.

B qrupunda İspaniya millisi Yunanıstanla oyunda xal itirib. Hərəyə bir qol vuran tərəflər elə hərəyə bir xalla da kifayətləniblər. İsveç yığması isə Gürcüstandan üstün olub – 1:0.

 

İtaliya da seçmə mərhələyə doğma meydanda start verib. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiyanı xalsız yola salıb – 2:0.

I qrupunda İngiltərə millisi San-Marinoya gözlənildiyi kimi darmadağınla qalib gəlib – 5:0.

J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiyanı topa tutub - 3:0.

DÇ-2022-nin seçmə mərhələsi
I tur
25 mart

B qrupu
İspaniya - Yunanıstan - 1:1
Qollar: Alvaro Morata, 33 - Anastasios Bakasetas, 57 (pen.)

İsveç - Gürcüstan - 1:0
Qol: Viktor Klaesson, 35 

C qrupu
Bolqarıstan - İsveçrə - 1:3
Qollar: Kiril Despodov, 46 - Brel-Donald Embolo, 7. Haris Seferoviç, 10. Stiven Tsuber, 13

İtaliya - Şimali İrlandiya - 2:0
Qollar: Domeniko Berardi, 14. Çiro İmmobile, 39 

F qrupu
İsrail - Danimarka - 0:2
Qollar: Martin Breytueyt, 13. Yonas Vind, 67

Şotlandiya - Avstriya - 2:2
Qollar: Qrant Henli, 71. Con Makginn, 85 - Saşa Kalayciç, 55; 80

Moldova - Farer adaları - 1:1
Qollar: İon Nikolaesku, 9 - Maynhard Olsen, 83

I qrupu
23:45. İngiltərə - San-Marino - 5:0
Qollar: Ceyms Uord-Prouz, 14. Dominik Kalvert-Lüin, 21; 53. Rəhim Sterlinq, 31. Olli Uotkins, 83

Macarıstan - Polşa - 3:3
Qollar: Roland Şallai, 6. Adam Şalai, 53. Villi Orban, 78 - Kşiştof Pyontek, 60. Kamil Yuzvyak, 61. Robert Levandovski, 83 

Andorra - Albaniya - 0:1
Qol: Ermir Lenyani, 41 

J qrupu 
Almaniya - İslandiya - 3:0
Qollar: Leon Qoretska, 3. Kay Haverts, 7. İlkay Gündoğan, 56

Rumıniya - Şimali Makedoniya - 3:2
Qollar: Florin Tenase, 28. Valentin Mixeyle, 50. Yanis Haci, 86 - Ariyan Ademi, 82. Aleksandar Traykovski, 83

Lixtenşteyn - Ermənistan - 0:1
Qol: Noa Frommelt, 83 (öz qapısına)


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ