SON DƏQİQƏ
» » Özilin "Fənərbağça"da alacağı maaş açıqlandı

Özilin "Fənərbağça"da alacağı maaş açıqlandı

Tarix:

25-01-2021, 18:34

/ 5 992 dəfə oxundu.
Özilin "Fənərbağça"da alacağı maaş açıqlandı

Istanbulun "Fənərbağça" klubu yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, klub cari mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək.

Özilin məvacibini sabiq klubu "Arsenal" ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

Qeyd edək ki, "Fənərbağça" Mesut Özilin imza mərasimini yanvarın 27-də təqdim edəcəyini açıqlayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ