SON DƏQİQƏ

Maradona SÜKUTU

Tarix:26-11-2020, 08:34 Oxunub:4 231

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

GunAz.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib.

Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib.

Maradona bu gün ürəktutmasından sonra 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Türkiyədə "Sivasspor"la qarşılaşacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<