SON DƏQİQƏ

Əfsanə 15 ildən sonra geri döndü

Tarix:

19-11-2020, 09:13

/ 4 893 dəfə oxundu.
Əfsanə 15 ildən sonra geri döndü

Dünya şöhrətli boksçu Mayk Tayson 15 il fasilədən sonra yenidən rinqə çıxacaq.

GunAz.az "Haber Türk"ə istinadla xəbər verir ki, Tayson 29 noyabr bazar günü rəqibi Roy Consla döyüşəcək.

Qeyd edək ki, sonuncu dəfə 2005-ci ildə döyüşə çıxan 54 yaşlı Maykın rəqibi Royun 51 yaşı var. Onlar arasındakı döyüş 8 raund olacaq. 

Xatırladaq ki, Mayk karyerası ərzində 50 qalibiyyət qazanıb, 6 dəfə məğlub olub. Roy Consun isə 66 qalibiyyəti, 9 məğlubiyyəti var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ