SON DƏQİQƏ

Messi ad günündə YENİLİK ETDİ

Tarix:

24-06-2020, 08:42

/ 2 887 dəfə oxundu.
Messi ad günündə YENİLİK ETDİ

Futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi "Barselona"dakı karyerasında 250-ci məhsuldar ötürməsini edib.

GunAz.az-ın məlumatına görə, bu barədə ESPNFC özünün "Twitter”dəki səhifəsində bildirib.

Xatırladaq ki, "Barselona" İspaniya La Liqasının 31-ci turunun matçında "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 71-ci dəqiqədə Messinin ötürməsi ilə İvan Rakitiç vurub.

"Barselona" 68 xal toplayaraq "Real"ı 3 xal qabaqlayaraq İspaniya La Liqasının yarış cədvəlində birinci yerə çıxıb. "Atletik" 42 xalla turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

Cari mövsümdə Messi La Liqada 26 matçda iştirak edərək, 21 qol vurub, 15 məhsuldar ötürmə edib.

Qeyd edək ki, bu gün Messinin doğum günüdür. Futbolçunun 33 yaşı tamam olur.  


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ