SON DƏQİQƏ

Messi 9-cu dəfə buna nail olub

Tarix:

21-12-2019, 22:46

/ 2 810 dəfə oxundu.
Messi 9-cu dəfə buna nail olub

"Barselona" futbol komandasının kapitanı Lionel Messi İspaniyanın 18-ci turunun "Alaves"lə matçında komandasının növbəti qolunu vurub.

GunAz.az xəbər verir ki, Barselonanın "Kamp Nou" stadionunda keçirilən qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da argentinalı futbolçu cari ildə 50-ci qolunu vurub. Otuz iki yaşlı hücumçu ardıcıl altıncı dəfə bu göstəriciyə nail olub. Leo habelə 10 ildə doqquzuncu dəfədir ki, il ərzində 50 qola imza atır. Daha əvvəl hücumçu 2010, 2011, 2012, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə ən azı 50 qol vurub. 

Qeyd edək ki, "Alves"lə matçda “Barselona”nın heyətində Messi ilə yanaşı, Antuan Qrizman (14), Arturo Vidal (45) və Luis Suares (79) fərqləniblər. "Alaves"in heyətində yeganə qolu qarşılaşmanın 56-cı dəqiqəsində Riera Pere Pons vurub.

Bununla da “Barselona” 39 xal toplayıb. “Alaves” isə 19 xalla turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ