SON DƏQİQƏ

İngiltərədə futbol həyəcanı BAŞLAYIR

Tarix:

29-04-2020, 08:13

/ 2 884 dəfə oxundu.
İngiltərədə futbol həyəcanı BAŞLAYIR

Koronavirus pandemiyasına görə dayandırılmış İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər.
GunAz.az xəbər verir ki, bu barədə "Mirror” bildirib.
Məlumata görə, liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktubla müraciət edib. Komandalar qrup məşqlərinə mayın ortalarında başlayacaqlar. Son qərarı isə Böyük Britaniya hökuməti verməlidir.
Qeyd edilir ki, bu işlə Britaniyanın mədəniyyət naziri Oliver Dauden məşğul olur. O, həmçinin başqa kütləvi tədbirlərin keçirilməsinə məsuliyyət daşıyır. Məlumata görə, nazir məhdudiyyətlərin ləğvi haqqında "məhsuldar danışıqlar” keçirib.
İngiltərə Premyer Liqasının klubları turnirin 8 iyunda davam etdirilməsi məsələsini mayın 1-də müzakirə edəcəklər. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ