SON DƏQİQƏ
» » Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Tarix:

25-01-2020, 13:08

/ 1 954 dəfə oxundu.
Futbol tarixində ən bahalı transferlər açıqlanıb

Futbol tarixinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.
Əvvəlki illərə təsadüf edən keçidlər hesablanarkən bu müddətdəki inflyasiya da nəzərə alınıb.
Bu, qiymətlərin indiki ilə müqayisədə xeyli aşağı olduğu dövrlərin transfer məbləğlərini indikinə uyğunlaşdırılıb. Nəticədə Canluka Vialli ən bahalı oyunçu sayılıb.
O, 1992-ci ildə "Sampdoriya”dan "Yuventus”a həmin vaxt üçün çox yüksək, indiki dövr üçün sıradan olan 12,5 milyon funt sterlinqə keçib. Həmin rəqəm indiki ölçülərdə 209 milyona bərabər sayılıb.
1. Canluka Vialli ("Sampdoriya”dan "Yuventus”a) – 209 milyon funt sterlinq
2. Neymar ("Barselona”dan PSJ-yə) – 202
3. Kriştianu Ronaldo ("Mançester Yunayted”dən "Real”a) – 195,1
4. Romario (PSV-dən "Barselona”ya) - 167
5. Qaret Beyl ("Tottenhem”dən "Real”a) – 166,6
6. Rio Ferdinand ("Lids”dən "Mançester Yunayted”ə) – 158,6
7. Zinəddin Zidan ("Yuventus”dan "Real”a) – 157,5
8. Ronaldo ("İnter”dən "Real”a) – 155,2
9. Alen Bokşiç ("Marsel”dən "Latsio”ya) – 153,1
10-11. İqor Şalimov ("Foca”dan "İnter”ə) – 152
Jan-Pyer Papen ("Marsel”dən "Milan”a) – 152. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ