SON DƏQİQƏ
» » Slovakiya millisinin Azərbaycanla oyununun heyətində dəyişiklik

Slovakiya millisinin Azərbaycanla oyununun heyətində dəyişiklik

Tarix:

12-11-2019, 10:33

/ 1 867 dəfə oxundu.
Slovakiya millisinin Azərbaycanla oyununun heyətində dəyişiklik

Slovakiya millisinin heyətində dəyişiklik olub.

GunAz.az xəbər verir ki, noyabrın 16-da Riyekada Xorvatiya, 19-da Trnavada Azərbaycana qarşı oyunlarda bir dəyişiklik edilib.

Baş məşqçi Pavel Hapal sol ayaq biləyindən zədə almış macarəsilli, Almaniyanın “Holştayn” klubunda çıxış edən Laslo Beneşi həkimlərlə məsləhətləşdikdən sonra heyətdən çıxarıb. Onun yerinə İtaliyanın “Breşia” klubundan Nikolas Şpalek yığmaya çağırılıb. 22 yaşlı Şpalek debütantdır. 

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Qreif (“Slovan”);

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Denis Vavro (“Latsio”, İtaliya), Milan Şkriniar (“İnter”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Dyömber (“Perucia”, İtaliya), David Hantsko (“Sparta”, Çexiya);

Yarımmüdafiəçilər: Stanislav Lobotka (“Selta”, İspaniya), Patrik Hroşovski (“Qenk”, Belçika), Yan Qrequş (“Minesota Yunayted”, ABŞ), Yuray Kutska (“Parma”, İtaliya), Ondrey Duda (“Herta”, Almaniya), Matuş Bero (“Vites”, Hollandiya), Marek Hamşik (“Dalyan Yifanq”, Çin), Albert Rusnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexia”, Polşa), Nikolas Şpalek (“Breşia”, İtaliya); 

Hücumçular: Mixal Curiş (“Anortosis”, Kipr), Samuel Mraz (“Bröndbü”, Danimarka), Robert Bojenik (“Jilina”).

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ