SON DƏQİQƏ

Tofiq Musayev çempionluğunu Yeni ildə qeyd edə bilər

Tarix:16-10-2019, 12:27 Oxunub:1 661

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin növbəti görüşünün vaxtı müəyyənləşib.

GunAz.az xəbər verir ki, dörd gün əvvəl Yaponiyanın Osaka şəhərində əvvəl UFC-də çıxış etmiş avstraliyalı Damyen Braunu məğlub etməklə yüngül çəkidə Rizin Döyüş Federasiyasının keçirdiyi Qran-Prinin yarımfinalına çıxan Musayev dekabrın 29-da döyüşə çıxacaq.

O, Yaponiyanın Saitama şəhərində UFC-də altı görüş keçirmiş amerikalı Coni Keyslə qarşılaşacaq. 30 yaşlı “Hollivud” ləqəbli Keysin 27 qələbəsi, altı məğlubiyyəti və bir bərabərliyi var. Tofiq Musayevdə isə 16 qələbə və üç məğlubiyyət var.

Yarımfinalın digər görüşündə braziliyalılar qarşılaşacaq. Belə ki, “Bellator” döyüşçüsü Patriki Freyre ilə Luiz Qustavo görüşəcək. Hər iki yarımfinalın qalibləri dekabrın 31-də turnirin qalibini müəyyənləşdirəcək. Final da “Saitama Super Arena”da keçiriləcək.

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<