SON DƏQİQƏ

Stadnik uğurunun sirrini açıqladı: “İndi daha çox başımdan istifadə edirəm”

Tarix:19-09-2019, 16:40 Oxunub:1 754

10 il əvvəl dünya çempionatının qızıl medalını qazanmışdım.

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında ikinci dəfə dünya çempionu olan Mariya Stadnik Dünya Güləş Birliyinin saytına açıqlamasında deyib.

50 kq çəki dərəcəsində çıxış edən ukraynalı legionerimiz bildirib ki, onun üçün finalda çətinlik çəkdiyi yaponlarla və ya başqa ölkədən olan idmançılarla qarşılaşmağın fərqi yoxdur:

“Finalda hansı rəqiblə qarşılaşmağımın önəmi yoxdur. Çünki mən bura qızıl medal qazanmaq üçün gəlmişdim. Əgər sən güclü güləşçilərlə mübarizə aparırsansa, daha da güclü olursan”.

İki övladı olan 31 yaşlı idmançı 2011, 2015, 2018-ci il dünya çempionatlarının, eləcə də, 2012 və 2016-cı il Olimpiadalarının finallarında uduzub. Bəs bu müddətdə nə dəyişib? Mariya Stadnik bunu belə əlaqələndirir:

“Mənim güləşimdə o qədər çox şey dəyişməyib. Ola bilsin, bəzi şeylər əqli cəhətdən dəyişib. 10 il əvvəl mən daha gənc idim. Emosiyalı idim və ürəyimlə güləşirdim. İndi isə böyümüşəm və daha çox başımdan istifadə edirəm”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<