SON DƏQİQƏ

Futbolun faydaları

Tarix:

29-08-2019, 17:30

/ 1 890 dəfə oxundu.
Futbolun faydaları

Futbol uşaqdan tutmuş böyüyə kimi hər bir kəsin sevimli oyununa çevrilmişdir. Bu oyunun özəlliyi ondan ibarətdir ki hər hansı açıq sahədə öz dostlarınızla sərbəst şəkildə oynaya bilərsiniz! Futbolun insan sağlamlığı üçün misilsiz faydaları mövcuddur.

1 saat futbol oynamaqla 318 kkal yandırmaq mümkündür. Davamlı futbol oynayaraq isə tez bir zamanda çəki ata bilərsiniz.

Ayaq əzələlərinə effektiv təsir göstərən 1 nömrəli idman növüdür.

İdmanın ən gözəl elementlərindən biri isə qaçmaqdır. Futol oynayan zaman isə qaçmaq yüksək səviyyədə dözüm tələb edir. Bu zaman ürək əzələsi məşq edir, ürək daha güclü və qüvvətli olur. Davamlı qaçmaqla qanda xolesterolun miqdarı azalır. Bol oksigen qana daxil olaraq maddələr mübadiləsi yaxşılaşır.

Futbol oynamaq sümüklərin sağlam formalaşmasına və onların möhkəmlənməsinə gətirib çıxarır. Ayaq oynaqları xəstəliklərinin, qan dövranı pozulmaları ilə yaranan xəstəliklərin (şəkərli diabet ) qarşısı alınır. 
Unutmayın diqqətsiz və yanlış hərəkət nəticəsində isə ciddi xəsarət alma ehtimalı yarana bilər.

Bununla belə futbol sizə həyatda çevik və qətiyyətli olmanıza yardımçı olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ