SON DƏQİQƏ

Azərbaycan güləşçisi finalda

Tarix:17-08-2019, 21:45 Oxunub:1 022

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.
Altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, idmançımız Ülvi Qənizadə ilk mərhələdə erməni güləşçi ilə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb.
Qeyd edək ki, medal qarşılaşmaları avqustun 18-də saat 19:00-da start götürəcək.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<