SON DƏQİQƏ
» » Yurçeviçin növbəti sınağı: bu dəfə Litvaya qarşı

Yurçeviçin növbəti sınağı: bu dəfə Litvaya qarşı

Tarix:

25-03-2019, 09:52

/ 10 286 dəfə oxundu.
Yurçeviçin növbəti sınağı: bu dəfə Litvaya qarşı

Futbol üzrə Azərbaycan milli komandası bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında Litva ilə yoldaşlıq oyunu keçirəcək. 

GunAz.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. 

Bu, Litva ilə yığma komandamız arasındakı üçüncü oyun olacaq. Bundan əvvəlki iki qarşılaşmanın birində Azərbaycan, digərində Litva qalib gəlib. 

Qeyd edək ki, millimiz yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu Xorvatiyaya qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ