SON DƏQİQƏ

Millimiz İsraildə ilk medalını qazandı

Tarix:

26-01-2019, 23:15

/ 10 297 dəfə oxundu.
Millimiz İsraildə ilk medalını qazandı

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin sonuncu günündə Azərbaycan millisi ilk medalını əldə edib.

GunAz.az xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) ardıcıl olaraq türkmənistanlı İhlas Setderovu və kanadalı Mohab El Nahası məğlub etsə də, dörddəbir finalda hollandiyalı Jesper Sminkə uduzub. İdmançımız təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun və estoniyalı Klen Kristofer Kalyulayd üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, komandamızın üzvləri İrina Kinderskanın (+78 kq) finaldakı rəqibi ukraynalı Yelizaveta Kalaninadır. Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Anton Krivobokov ilə üz-üzə gələcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ