SON DƏQİQƏ

"Liverpul" "Bornmut"u darmadağın etdi

Tarix:

8-12-2018, 20:26

/ 10 339 dəfə oxundu.
"Liverpul" "Bornmut"u darmadağın etdi

"Liverpul" futbol üzrə İngiltərə çempionatının 16-cı turunda "Bornmut" üzərində qələbə qazanıb.

GunAz.az xəbər verir ki, Bornmut şəhərinin "Vitaliti" stadionunda keçirilən matç 4:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Oyunda hesab 25-ci dəqiqədə açılıb. "Liverpul"un forvardı Məhəmməd Salah fərqlənib. Misirli ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirib.

Salah 77-ci dəqiqədə het-trik edib. Oyunda daha bir qol isə Stiv Kukunayağına yazılıb. O, topu öz qapısına göndərib.

İngiltərə Premyer Liqası. 16-cı tur

"Bornmut" – "Liverpul" - 0:4

Qollar: 0:1 – Salah – 25, 0:2 – Salah – 48, 0:3 – Kuk – 68 (avtoqol), 0:4 – Salah – 77

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ