SON DƏQİQƏ
» » Salah imzanı atdı - İLLİK GƏLİRİ açıqlandı

Salah imzanı atdı - İLLİK GƏLİRİ açıqlandı

Tarix:

2-07-2018, 16:48

/ 10 352 dəfə oxundu.
Salah imzanı atdı - İLLİK GƏLİRİ açıqlandı

İngiltərənin “Liverpul” komandası misirli ulduz Məhəmməd Salah ilə müqaviləsini yeniləyib.

GunAz.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilənin müddəti 5 il müəyyən edilib.

Xəbərə görə, Salah həftəlik 200 000 sterlinq gəlir əldə edəcək. Bu isə illik, təxminən, 14 milyon ABŞ dolları deməkdir.

Ötən yayda İtaliya A seriyası komandası olan “Roma”dan “Liverpul”a transfer olan Salah toplamda 52 matçda 44 qol vurub. 2018 Dünya Çempionatında isə 3 maçtda 2 qola imza atıb. İngiltərə Futbol Yazarları Birliyi Salahı 2017-ci ilin futbolçu seçib. O, 1948-ci ildə tərtib edilən mükafatı alan ilk afrikalı futbolçu olub.

Qed edək ki, misirli ulduz İngiltərə Premyer Liqasında 36 matçda 32 qol vurub, 10 məhsuldar ötürmə edib. Bu nəticə ilə Premyer Liqanın bir mövsümündə ən çox qol vuran futbolçu adını alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ