SON DƏQİQƏ
» » “Sportinq” “Qarabağ”la oyuna gənclərlə gəlir - HEYƏT

“Sportinq” “Qarabağ”la oyuna gənclərlə gəlir - HEYƏT

Tarix:

27-11-2018, 19:06

/ 10 308 dəfə oxundu.
“Sportinq” “Qarabağ”la oyuna gənclərlə gəlir - HEYƏT

Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq” Bakıya cəmi 19 futbolçu ilə gələcək.

GunAz.az xəbər verir ki, komandanın hollandiyalı baş məşqçisi Marsel Keyzerin Bakıya gələn heyətə daxil etdiyi futbolçular bunlardır:

Qapıçılar: Romen Salen, Renan Ribeyro, Dioqo Souza;

Müdafiəçilər: Sebastyan Koates, Ceferson Moreyra, Andre Pintu, Tyaqo Calo, Bruno Qaşpar, Tyeri Koreya;

Yarımmüdafiəçilər: Brunu Fernandeş, Vendel, Radoslav Petroviç, Nemanya Qudel, Miqel Luiş;

Hücumçular: Nani, Karluş Mane, Abdulay Diabi, Bas Dost, Jovani Kabral.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi Rodriqo Batalya və makedoniyalı müdafiəçi Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaqlar. Kolumbiyalı hücumçu Fredi Montero və braziliyalı forvard Rafinya tam olaraq oynamağa hazır deyil. “Arsenal”la oyunda argentinalı hücumçu Markos Akunya sarı vərəqə limitini doldurub, fransalı müdafiəçi Jeremi Matyö isə qırmızı vərəqə almaqla cəzalı duruma düşüb.

İtaliyalı qapıçı Emiliano Viviano və digər qolkiper Luiş Maksimianunun yerinə ikinci komandadan Dioqo Souza Bakıya gətirilir. Həmçinin “Yuventus”dan icarəyə götürülmüş italiyalı yarımmüdafiəçi Stefano Sturaro da Bakıya gətirilmir. Onun yerinə B komandasından Tyaqo Calovə Tyeri Koreya kimi gənc müdafiəçilər komandaya götürülüb.

Xatırladaq ki, Portuqaliya komandası bu axşam Bakıya gələcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də start götürəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ