SON DƏQİQƏ
» » “Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq” - Qurbanov

“Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq” - Qurbanov

Tarix:

17-10-2017, 15:59

/ 1 193 dəfə oxundu.
“Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq” - Qurbanov

"Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq".
Gunaz.az-ın Trend-ə istinadən məlumatına görə, bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Q.Qurbanov bildirib ki, rəqib barədə çox danışmağa ehtiyac yoxdur:"Atletiko"nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə aparmağa, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq.
Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ