SON DƏQİQƏ

Millimiz Ermənistanla qarşılaşacaq

Tarix:

28-07-2017, 16:22

/ 2 313 dəfə oxundu.
Millimiz Ermənistanla qarşılaşacaq

16 yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala vəsiqə qazanıb.

Məlumata görə, Elşən Yusubovun baş məşqçisi olduğu kollektiv yer aldığı B qrupunun ikincisi kimi növbəti mərhələyə adlayıb.

Son görüşdə meydan sahiblərinə uduzan (66:67) yığma, əvvəlki matçlarda Monako (74:63), Albaniya (78:66) və San-Marinoya (90:62) qalib gəlməklə buna nail olub.

Azərbaycan millisi yarımfinalda A qrupunun qalibi Ermənistan yığması ilə qarşılaşacaq. İyulun 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.(report)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ