SON DƏQİQƏ

Terrorist gecə klubundan belə çıxdı - VİDEO

Tarix:

3-01-2017, 19:48

/ 6 593 dəfə oxundu.
Terrorist gecə klubundan belə çıxdı - VİDEO

 

İstanbulda yeni il gecəsi törədilən terrorla bağlı daha 4 nəfər saxlanılıb. 

 Türkiyə mediasının verdiyi xəbərə görə,  hadisə ilə bağlı saxlanılanların sayı 12 nəfərə çatıb. İstanbul baş polis idarəsinin terrorla mübarizə şöbəsinə aparılan şübhəlilər burada ifadə veriblər. 

Bu arada terror həyata keçirən şəxsin yeni görüntüləri yayılıb. 

Terrorçunun əyləncə məkanından çıxıb qaçdığı anlar kameralara düşüb. Videodan görünür ki, terrorçu əvvəlcə bir taksiyə minib hadisə yerindən uzaqlaşır. Daha sonra sürücü ilə mübahisə edən terrorçunun maşından düşərək başqa bir taksiyə mindiyi görünür. 

Qeyd edək ki,  yeni il gecəsi İstanbulda gecə klubuna daxil olan şəxs insanlara atəş açıb. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ