SON DƏQİQƏ

Terroru törədən şəxsin ailəsi saxlanıldı

Tarix:

3-01-2017, 10:40

/ 3 234 dəfə oxundu.
Terroru törədən şəxsin ailəsi saxlanıldı

İstanbulda "Reina”  gecə klubuna silahlı hücum edən şəxsin ailəsi polislər tərəfindən saxlanılıb.

Bu barədə Türkiyə KİV-ri  xəbər verir. Məlumata görə, terrorçu 2016-cı ilin noyabrında ailəsi ilə birlikdə Türkiyənin Konya şəhərinə gəlib.

Qeyd edək ki, Yeni il gecəsi İstanbulda gecə klubuna daxil olan şəxs insanlara atəş açıb. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Terrorçunun kimliyi müəyyənləşib və hazırda onun tutulması istiqamətində iş aparılır.

Onun Qırğızıstan və ya Özbəkistan vətəndaşı olduğu bildirilir.

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ