SON DƏQİQƏ

Bakıda güclü partlayış oldu, xəsarət alan var

Tarix:25-01-2021, 10:18 Oxunub:80

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb. Yanğın nəticəsində bitişik ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<