SON DƏQİQƏ

Bakıda çoxmərtəbəli binada yanğın oldu

Tarix:

5-12-2020, 18:46

/ 5 877 dəfə oxundu.
Bakıda çoxmərtəbəli binada yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib.

Yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.

Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ