SON DƏQİQƏ

Bakıda 50 minlik oğurluq edildi

Tarix:

15-08-2020, 14:59

/ 4 502 dəfə oxundu.
Bakıda 50 minlik oğurluq edildi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayətləri də ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında əməliyyat tədbirləri keçirilib.

Onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15 850 manat, 10 000 ABŞ dolları və 15 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ