SON DƏQİQƏ

17 evdən oğurluq edən şəxs yaxalandı

Tarix:

16-06-2018, 19:10

/ 10 192 dəfə oxundu.
17 evdən oğurluq edən şəxs yaxalandı

Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Asif Ağayevin ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən oğurluq etdiyi müəyyənləşib.

 

A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət və geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ