SON DƏQİQƏ

Evdən 20 min manat oğurlayan şəxs tutulub

Tarix:

24-05-2018, 15:16

/ 10 318 dəfə oxundu.
Evdən 20 min manat oğurlayan şəxs tutulub

Bakıda evdən 20 min manat oğurlayan şəxs tutulub.

DİN-dən Gunaz.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Vəliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 1-dən 20-dək olan müddətdə 2 evin həyətindən 2 velosiped, 1 evdən 390 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.

Bununla yanaşı, V.Vəliyev mayın 22-də rayon ərazisindəki evlərin birindən 150 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinir.

скачать dle 12.1

Şərhlər