SON DƏQİQƏ

Saxta spirt can almaqda davam edir

Tarix:

3-04-2020, 21:39

/ 2 946 dəfə oxundu.
Saxta spirt can almaqda davam edir

Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib.
GunAz.az xəbər verir ki, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.
Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, saxta spirt içib. Saat 06:00-da xəstə ölüb. Elə həmin gün daha əvvəl xəstəxanaya yerləşdirilmiş başqa bir xəstə də həyatını itirib.
скачать dle 12.1

Şərhlər