SON DƏQİQƏ
» » İranda koronadan deyil, araqdan ölənlərin sayı şok etdi

İranda koronadan deyil, araqdan ölənlərin sayı şok etdi

Tarix:

11-03-2020, 18:22

/ 1 881 dəfə oxundu.
İranda koronadan deyil, araqdan ölənlərin sayı şok etdi

İranın Xuzistan, Əlborz və Mazandaran əyalətlərində son 1 həftədə saxta içkidən həyatını itirənlərin sayı 67 nəfərə çatıb.

Bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin sözçüsü Əli İlsanpur açıqlama verib. Onun sözlərinə görə, 6 mart tarixindən bəri saxta içkidən zəhərlənən 502 nəfər xəstəxanalara müraciət edib.

"Bəzi işbazlar spirtin koronavirusa təsir etdiyinə dair şayiələr yayıb. Spirt koronavirusun müalicə mərhələsində heç bir işə yaramır", - deyə İhsanpur bildirib.

Əhvaz şəhərinin baş prokuror əvəzi Əli Beyranvənd isə saxta içkiyə görə 17 nəfərin saxlanıldığını elan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ