SON DƏQİQƏ
» » Binəqədidə və Xırdalanda çoxmərtəbəli binalarda YANĞIN - 26 nəfər təxliyə edildi

Binəqədidə və Xırdalanda çoxmərtəbəli binalarda YANĞIN - 26 nəfər təxliyə edildi

Tarix:

27-02-2020, 09:32

/ 1 879 dəfə oxundu.
Binəqədidə və Xırdalanda çoxmərtəbəli binalarda YANĞIN - 26 nəfər təxliyə edildi

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında yanğın baş verib.

GunAz.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şaxtada elektrik naqilləri 9 p.m yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ