SON DƏQİQƏ
» » Burulğana düşən təyyarədə QORXULU ANLAR YAŞANDI

Burulğana düşən təyyarədə QORXULU ANLAR YAŞANDI

Tarix:

19-02-2020, 15:17

/ 551 dəfə oxundu.
Burulğana düşən təyyarədə QORXULU ANLAR YAŞANDI

Mərakeşin Ucda şəhərindən Belçikanın paytaxtı Brüsselə uçmaq üçn havaya qalxan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi hava axınına düşüb.

 

GunAz.az xəbər verir ki, təyyarə Şimali Avropada Dennis fırtınasının tüğyan etdiyi hava məkanında burulğana tuş gəlib.

 

Hadisə təyyarənin sərnişinlərində böyük qorxu yaradıb. Onlar qarşılarındakı oturacaqları qucaqlayaraq ağlamağa başlayıb.

 

Təyyarə Brüssel Çarleroyi hava limanında təhlükəsiz uğurlu eniş etməyi bacarıb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ