SON DƏQİQƏ
» » Ağsuda ev, Şəmkirdə isə istixana yanıb - 2 nəfər ölüb - VİDEO

Ağsuda ev, Şəmkirdə isə istixana yanıb - 2 nəfər ölüb - VİDEO

Tarix:

12-02-2020, 21:34

/ 1 851 dəfə oxundu.
Ağsuda ev, Şəmkirdə isə istixana yanıb - 2 nəfər ölüb - VİDEO

Ağsu rayonunda baş verən yanğın ölümlə nəticələnib.

 

GunAz.az-ın məlumatına görə, rayonun Xatman kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 82 yaşlı Akif Abulovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Şəmkir rayonunun Qədimqala kəndində isə istixanada başlayan yanğın bir nəfərin ölümü ilə nəticələnib. Tərəvəz məhsulları yetişdirilən istixananın yardımçı tikilisində gecə saatlarında yanğın başlayıb. Nəticədə ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 35 yaşlı Rəşad Məmmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Həmin vaxt yuxulu vəziyyətdə olan gözətçinin isə tüstüdən boğularaq öldüyü güman olunur.

GunAz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/D-AE0fz0VkE

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ