SON DƏQİQƏ
» » Azərbaycanda xəstəxanada dəhşət: Əməliyyatdan sonra xəstənin daxilində qayçı qaldı - FOTO

Azərbaycanda xəstəxanada dəhşət: Əməliyyatdan sonra xəstənin daxilində qayçı qaldı - FOTO

Tarix:

14-01-2020, 14:52

/ 1 856 dəfə oxundu.
Azərbaycanda xəstəxanada dəhşət: Əməliyyatdan sonra xəstənin daxilində qayçı qaldı - FOTO

Gəncə şəhərində şok hadisə yaşanıb.

GunAz.az xəbər verir ki, həkimlər xəstə, 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.

Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib.

Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.

Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib.

Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.

Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.

"Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən mənim niyə əməliyyat edildiyimi soruşduqda, tamam başqa söz deyilib.

Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır”.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib. Oqeyd edib ki, hadisədən xəbərdardır:

"Bizdə məsələ ilə bağlı məlumat var. Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ