SON DƏQİQƏ

Dəm qazı can almaqda DAVAM EDİR

Tarix:

13-01-2020, 08:53

/ 3 488 dəfə oxundu.
Dəm qazı can almaqda DAVAM EDİR

Ağsuda dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

GunAz.az xəbər verir hadisə bu gün Ağsu şəhərinin Xətai küçəsindəki 33 nömrəli mənzildə qeydə alınıb. 

Rayon sakini, 1980-ci il təvəllüdlü İslamova Cəmalə Bahadur qızı hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib.

O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Daha bir dəm qazından zəhərlənmə faktı Qusarda qeydə alınıb.  

Hadisə rayonun Samur qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü İbrahimov Qafar Arif oğlu dəm qazından zəhərlənərək ölüb. 

Hər iki faktla bağlı araşdırma aparılır. /APA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ