SON DƏQİQƏ

İsmayıllı sakini dəm qazından öldü

Tarix:

19-12-2018, 21:50

/ 10 348 dəfə oxundu.
İsmayıllı sakini dəm qazından öldü

İsmayıllıda 38 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

GunAz.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə ki, hadisə rayonun Günəşli qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ələsgərov Habil İnqilab oğluaxşam saatlarında hamam otağında olarkən dəm qazından boğulub. O, kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən hamam otağına dolan dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan Təcili Tibbi Yardım briqadası H. Ələsgərovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Hadisənin səbəbləri araşdırlır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ