SON DƏQİQƏ

Qubada ayılar arıxanaya hücum etdi - Video

Tarix:

17-12-2019, 08:22

/ 3 714 dəfə oxundu.
Qubada ayılar arıxanaya hücum etdi - Video

Qubada ayılar arıxanaya hücum edib.

Axar.az-ın Xəzər TV-yə istinadla məlumatına görə, hadisə rayonun Küsnət kəndindən 2-3 kilometr aralıda baş verib.

Kənd sakinləri hadisənin görüntülərini çəkib. Onların sözlərinə görə, ayılar gecə saatlarında kəndlərə də girirlər. Son vaxtlar bu hal tez-tez baş verir.

Təsərrüfatına ziyan dəyənlərdən Zakir Fətullayev deyib ki, ayılar bir neçə ay əvvəl kəndə hücum edərək xeyli inəyi parçalayıb. Kənd sakinləri keçən il dövlətdən aldıqları subsidiya ilə təsərrüfatlarını genişləndirməyə çalışdıqlarını deyiblər. Ayıların hücumu isə onlara ciddi ziyan vurub.

Kənd sakinləri təsərrüfatlarının sığorta olunmadığını, bu səbəbdən çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər. Onlar məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Qurumdan bildirilib ki, sahibkarlarla aidiyyəti şöbə əlaqə saxlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ