SON DƏQİQƏ
» » “Gecə məzarları açıb, meyitləri çıxarırlar” - Kənd həyəcanda, polis rəisi isə…

“Gecə məzarları açıb, meyitləri çıxarırlar” - Kənd həyəcanda, polis rəisi isə…

Tarix:

23-03-2017, 18:18

/ 3 741 dəfə oxundu.
“Gecə məzarları açıb, meyitləri çıxarırlar” - Kənd həyəcanda, polis rəisi isə…

Artıq bu kənddə 7-dən 70-ə hər kəs təlaş içindədir. Gecələr rahat yatmaq yoxdur, kişilər sabaha qədər qəbiristanlıqda növbədə dururlar.
 Türk mediasına istinadla xəbər verilir ki, Rizenin İkizdərə kəndində məzarlara dadanan ayılar üçün gecə növbələri tutulmağa başlayıb.
Kənd sakinləri bu yaxınlarda dəfn etdikləri cənazələrin gecələr ayılar tərəfindən çıxarıldığını bildirərək bunun üçün müxtəlif tədbirlərə əl atıblar. İlk çarə kimi gecələr silahlanaraq məzarlıq ətrafında keşik çəkməyi qərara alıblar. 
Kənd icra nümayəndəsi – (muhtar) İsmail Bir 3 ay əvvəl vəfat edən bir kişinin cenazesini dəfn edilən yerdən  təxminən 150 metr uzaqlıqda aşkar etdiklərini bildirib: "Cənazələrimiz ayılar tərəfindən məzarlıqdan çıxarıldıqdan sonra  biz də çarə olaraq ayı tələsi qurub növbə tutmağa başlamışıq. Ya ayı bizə xəsarət yetirəcək, ya da bizdən qorxub qaçacaq. Polis rəisindən ayılardan qorunmaq üçün yardım istədik. Ancaq o bizə "səsli cihazlarla ayıları kənddən uzaqlaşdırın” tövsiyəsini verdi". 
Kənd nümayəndəsi qəbristanlıqdakı digər məzarların da ayı hücumu təhlükəsi altında olduğunu qeyd edir: "Hətta, 60 illik məzarlar var ki, onları da qazmağa cəhd ediblər”.(Moderator.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ