SON DƏQİQƏ

Qəbiristanlıqda torpağın çökməsi nəticəsində iki nəfər ölüb

Tarix:20-11-2019, 09:11 Oxunub:1 238

Rusiyanın Murmansk vilayətinin Monçegorsk şəhərindəki qəbiristanlıqda aparılan tikinti işləri zamanı iki nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

APA "İnterfax"a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Murmansk vilayəti üzrə İstintaq İdarəsi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, tikinti işləri aparılarkən qəbiristanlıqda drenaj sistemi quraşdırılan zaman torpağın çökməsi iki nəfərin ölməsinə, üç nəfərin isə yaralanmasına səbəb olub.

İstintaq İdarəsinin nümayəndəsi Tatyana Kovalyevanın verdiyi açıqlamaya görə, yaralılardan birinə ambulator şəraitdə tibbi yardım göstərilib, digər iki nəfərin isə vəziyyəti normal olduğundan həkim müayinəsindən imtina ediblər.

Faktla bağlı araşdırma aparılır. 
 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<