SON DƏQİQƏ
» » Xızıda dəhşətli yol qəzası - Ana, oğul və gəlin hadisədə öldü

Xızıda dəhşətli yol qəzası - Ana, oğul və gəlin hadisədə öldü

Tarix:

11-10-2019, 14:46

/ 2 737 dəfə oxundu.
Xızıda dəhşətli yol qəzası - Ana, oğul və gəlin hadisədə öldü

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 11 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində rayon sakini T.Allahverdiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini İ.Qasımovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə T.Allahverdiyev və sərnişinləri olan anası Lalə Məmməd qızı və arvadı Nazilə Süleymanova hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ