SON DƏQİQƏ

Azərbaycana ilk qar yağdı

Tarix:10-09-2019, 20:19 Oxunub:1 199

Qax rayonu ərazisinə ilk qar yağıb. 

 

GunAz.az xəbər verir ki, rayonunun dağlıq ərazilərində ilk qar yağıntısı düşüb.

Qar rayonunun yüksək dağ kəndlərində havanın temperaturunu aşağı salıb. 

Kənd sakinləri bildirir ki, artıq bir neçə gündür dağların başı qarlıdır. Ancaq zirvələrdə qatı duman olduğundan bunu gözlə görmək həmişə mümkün olmur. 

Qeyd edək ki, qarın yağdığı dağ zirvələri dəniz səviyyəsindən 3500 metr yüksəklikdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, sentyabrın 10-u gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olacağı ilə bağlı öncədən proqnoz verilib: 

"Hazırda Qax və Şəki rayonlarında çiskinli yağış müşahidə edilir. Temperatur 12-14 dərəcə arasında dəyişir". 

G.Məmmədova əlavə edib ki, sentyabrın 8-də gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb.Oxu.az

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<