SON DƏQİQƏ

Jurnalistin qardaşının evi yenə qarət olundu

Tarix:

20-08-2019, 08:13

/ 1 217 dəfə oxundu.
Jurnalistin qardaşının evi yenə qarət olundu

Jurnalist Elnarə Dərziyevanın qardaşı Vüqar Dərziyevin evi qarət olunub.

Axar.az xəbər verir ki, E.Dərziyeva bu barədə Feysbuk səhifəsində məlumat paylaşıb.

E.Dərziyeva bildirib ki, onlar rayondan istirahətdən dönərkən evin yarıldığını görüblər:

“Evi alt-üst edib, qızıl-zinyət əşyalarını oğurlayıblar! Hazırda Binəqədi rayon 6-cı Polis Bölməsinin əməkdaşları, ekspertiza qrupu hadisə yerindədir. Artıq 2-ci dəfədir ki, qardaşımın evi qarət olunur. Qonşuların sözlərinə görə, son 3 ay ərzində artıq neçənci evdir ki, yarırlar!”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ