SON DƏQİQƏ
» » Evləri qarət edən keçmiş məhkum saxlanıldı

Evləri qarət edən keçmiş məhkum saxlanıldı

Tarix:

6-11-2018, 15:43

/ 10 332 dəfə oxundu.
Evləri qarət edən keçmiş məhkum saxlanıldı

Binəqədi rayonu ərazisində 7 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

DİN-dən GunAz.az -a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində 5 evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb.

Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha 2 evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ